Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi 2022-2023-cü tədris ili üçün şagird qəbulu elan edir. Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında təşkil olunacaq qəbul imtahanında IV-IX siniflər Azərbaycan dili, Riyaziyyat və İngilis dili , X-XI siniflər isə seçdikləri ixtisas qruplarının fənnləri üzrə imtahan verəcəklər. I-III siniflər üzrə qəbul isə müsahibə yolu ilə həyata keçiriləcək.İmtahanda iştirak etmək üçün aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Onu da qeyd edək ki, imtahanın günü və saatı haqqında məlumat Kompleksin rəsmi facebook səhifəsində paylaşılacaq.

https://www.cognitoforms.com/…/m%C4%B0brahimovad%C4…


Kateqoriya: boş , Xəbərlər , Elanlar , Şagird qəbulu , Kompleksdə Həyat