Diqqət!Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi 2022/2023-cü tədris ili üçün şagird qəbuluna start verir. Qeyd edək ki, yanvar ayının 19-dan 31-ə kimi I-IV sinif şagirdləri Kompleksin İbtidai Təhsil bölməsində müsahibə yolu ilə imtahan verəcək. V-X sinif şagirdləri isə yanvar ayının 19-u Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri , 23-ü isə IX-X sinif şagirdləri seçdikləri ixtisas qruplarına müvafiq blok fənləri üzrə imtahanda iştirak edəcəklər. V-X siniflər üzrə imtahan Kompleksin inzibati binasında 09:00-da baş tutacaq.Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər aşağıda göstərilən linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Nəzərinizə çatdıraq ki, qeydiyyat yanvar ayının 15-də sonlandırılacaq.

https://forms.office.com/r/15sSdbe7ww


Kateqoriya: Xəbərlər , Elanlar , Şagird qəbulu , Kompleksdə Həyat