DİQQƏT! DİQQƏT!📣📣📣
KOMPLEKSİMİZƏ QƏBUL BAŞLANDI! 🎉🎉🎉
Siz də övladlarınızın keyfiyyətli təhsil almasını və geniş dünyagörüşünə malik bir fərd kimi yetişməsini istəyirsinizsə onların gələcəyini bizə etibar edin!
Kompleksdə dərslərin ən son texnoloji avadanlıqlarla təchiz edilmiş sinif otaqlarında, yüksək elmi biliyə, bacarığa və təcrübəyə malik müəllimlər tərəfindən tədrisi, şagirdlərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi təmin olunur.
📝Kompleksə qəbul I-IX siniflər üzrə aparılacaq.
Sənəd qəbulu 30 aprel 2019-cu il tarixinədək, şənbə və bazar günləri istisna olmaqla, həftə ərzində saat 8:00-dan 16:15-ə qədər davam edəcək.
Tələb olunan sənədlər:
Valideynin ərizəsi (sənəd qəbulu zamanı yazılır);
Şagirdin doğum haqqında şəhadətnaməsinin, yaxud şəxsiyyət vəsiqəsinin surəti (əsli təqdim olunmaqla);
İki ədəd yeni çəkilmiş 3×4 sm ölçülü fotoşəkil.
📌V sinfə qəbul Azərbaycan dili, riyaziyyat və ingilis dili (üstünlük hesab olunacaq) fənləri üzrə imtahan yolu ilə;
📌Digər siniflərə qəbul müsahibə yolu ilə aparılacaqdır.
Qəbul imtahanı 5 may 2019-cu il tarixində, saat 10:00-da Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində həyata keçiriləcək.
Müsahibə isə may ayının ilk həftəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində həyata keçiriləcək.
Suallarınız üçün bizə müraciət edin:
Ünvan: Biləsuvar rayonu, Heydər Əliyev küç., 2D. 🏫
Telefon: (+994 2529) 5 24 03/13☎️
Mobil: (+994 55) 750 36 39📲
Facebook: Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksi


Kateqoriya: Xəbərlər , Elanlar , Şagird qəbulu