DİQQƏT! DİQQƏT!📢 📢📢
KOMPLEKSİMİZƏ QƏBUL BAŞLANDI! 📝
Siz də övladlarınızın keyfiyyətli təhsil almasını və geniş dünyagörüşünə malik bir fərd kimi yetişməsini istəyirsinizsə onların gələcəyini bizə etibar edin! Kompleksdə dərslərin ən son texnoloji avadanlıqlarla təchiz edilmiş sinif otaqlarında, yüksək elmi biliyə, bacarığa və təcrübəyə malik müəllimlər tərəfindən tədrisi, şagirdlərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi təmin olunur.
Kompleksə qəbul I,V və X siniflər üzrə aparılacaq.
Sənəd qəbulu 1 mart 2018-ci il tarixindən 20 aprel 2018-ci il tarixinədək, şənbə və bazar günləri istisna olmaqla, həftə ərzində saat 8:00-dan 15:30-a qədər davam edəcək.
Tələb olunan sənədlər:
📌Valideynin ərizəsi (sənəd qəbulu zamanı yazılır);
📌Şagirdin doğum haqqında şəhadətnaməsinin, yaxud şəxsiyyət vəsiqəsinin surəti (əsli təqdim olunmaqla);
📌İki ədəd yeni çəkilmiş 3×4 sm ölçülü fotoşəkil.
Qəbul imtahanı 29 aprel 2018-ci il tarixində, saat 10:00-da Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində həyata keçiriləcək.
I sinfə qəbul müsahibə yolu ilə;
V sinfə qəbul məntiq, Azərbaycan dili, riyaziyyat fənləri üzrə imtahan yolu ilə;
X sinfə qəbul ixtisas qrupları üzrə imtahan yolu ilə aparılacaqdır.
Suallarınız üçün bizə müraciət edin:
Ünvan: Biləsuvar rayonu, Heydər Əliyev küç., 2D. 🏫
Telefon: (+994 55) 295 24 03/13
Mobil: (+994 55) 750 36 39📲
Facebook: Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksi


Kateqoriya: Şagird qəbulu