30.12.2022-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində Yeni il bayramına həsr olunmuş “Lisey möcüzələr diyarında” adlı tədbir keçirildi. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və İcra hakimiyyəti nümayəndələri qonaq qismində iştirak etdi. Kompleksin icraçı direktoru Aqşin Bağırov tədbiri açıq elan etdikdən sonra bayram təbriklərini tədbir iştirakçılarına çatdırdı. Daha sonra çıxış edən Faiq Qürbətov bayram müansibətilə hər kəsi təbrik etdi. Tədbir maraqlı bayram nömrələri ilə davam etdirildi. Sonda qonaqlar və lisey heyəti xatirə şəkli çəkdirdilər.


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat , Tədbirlər