Əldə edilmiş razılığa əsasən, 9-10 dekabr 2021-ci il tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə monitorinq imtahanları keçiriləcək.İmtahanlar 4-cü və 5-ci sinif şagirdləri üçün 1 mərhələdə, digər siniflər üzrə isə 2 mərhələdə keçirilir. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verilir.İmtahanlar Biləsuvar şəhərində kompleksin inzibati binasında təşkil olunacaq.İmtahanların siniflər və mərhələlər üzrə keçirilmə vaxtı Kompleksin facebook səhifəsində paylaşılan linkdəki cədvəldə qeyd olunub. İmtahanlar Azərbaycan dilində aparılır.


Kateqoriya: Xəbərlər , Elanlar , Şagird qəbulu , Kompleksdə Həyat