9-10 dekabr 2021-ci il tarixində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Dövlət İmtahan Mərkəzi tərəfindən IV-XI siniflərin qiymətləndiriliməsi məqsədilə monitorinq imtahanları keçirildi. Buraxılış və qəbul imtahanları fənlərini əhatə edən monitorinq imtahanları 4-cü və 5-ci sinif şagirdləri üçün birmərhələli, digər siniflər üzrə isə ikimərhələli şəkildə aparıldı. Birinci növbə imtahanları saat 10:00-da, ikinci növbə imtahanları isə 15:00-da baş tutdu. İmtahan prosesinə Dövlət İmtahan Mərkəzinin əməkdaşları ilə yanaşı Kompleksin 60-a yaxın əməkdaşı da cəlb olundu. Qeyd edək ki, imtahanlarda lisey şagirdləri ilə yanaşı, Kompleksdə təhsil almaq üçün qeydiyyatdan keçmiş şagirdlər də iştirak etdilər.
İmtahanların nəticələri Kompleksin rəsmi facebook səhifəsində paylaşılacaq. İmtahanda iştirak etmiş bütün şagirdlərə uğurlar arzulayırıq.
Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat