Beynəlxalq Əmək Təşkilatının “Öz Biznesinə Başla” proqramı çərçivəsində təlimçilər üçün təlim (TOT), “Azərbaycanda gənclərlə işləyən təlimçilər üçün təlim” (TRAYAZE) proqramlarının  iştirakçısı Şahin Qarakişiyev Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində “Şagirdlərin sosial-emosional sağlamlığı və təhlükəsizliyi üzrə ümumi təhsil müəssisələri və pedaqoji işçilər üçün təlim” proqramı çərçivəsində təlim keçdi. Təlimdə təhsil müəssisələrində mənəvi-psixoloji mühitin mövcud vəziyyəti, insan hüquqları və insan hüquqları üzrə təhsil, stereotiplər və önmühakimələr, ayrıseçkilik, zorakılıq, bullinq davranışının təsirləri, bullinq davranışı ilə işlərin görülməsi və antibullinq fəaliyyət planının hazırlanmasından bəhs olundu.


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat , Layihələr