Ötən həftə Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının əməkdaşları iki müəssisə arasında imzalanmış qarşılıqlı əlaqə memorandumu çərçivəsində Kompleksimizdə işgüzar səfərdə oldular.

Səfər çərçivəsində kafedranın əməkdaşı, müəllim Ceyhunə Dəmirovanın təşkilatçılığı ilə Kompleksin 11-ci sinif şagirdləri arasında “İmtahan stressi və onun aradan qaldırılmasının psixoloji yolları” mövzusunda workshop təşkil olundu.


Kateqoriya: Xəbərlər , Qonaqlarımız