Cənnətim Qarabağ,
Zinyətim Qarabağ,
Nəğmələr gülüstanısan,
Sevgi dastanısan…
Əsrlərdir gözəlliyi şairlərə ilham olmuş, igirlərin uğrunda qanlar axıtdığı cənnət Qarabağ!
Qəhrəmanımız Mübarizin izinə düşüb, bu gözəl, doğma diyarımızın isti qucağına yola düşdük. Getdik ki, “Böyük qayıdış”ın Cocuq Mərcanlıdan başlayan şanlı izlərinin şahidi olaq. Bu səfərə hər kəs səbrsizliklə hazırlaşdı, ünvana çatmaq üçün hamı yol boyu dəqiqələri saydı. Yolumuz Fizulidən düşəndə Qarabağın ətrini duymağa başladıq. Bu səfərdə gördüklərimiz qəlbimizi qürur, fərəh, sevinc və onlarla ifadə olunmaz hislərlə doldurdu…

“Biz kənd sakinlərini işğaldan azad edilmiş kəndə qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, maraqla yanaşırlar. Əminəm ki, onlar indi səbirsizliklə o günü gözləyirlər. Əminəm ki, qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq”.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən abadlaşdırılmış bu gözəl, doğma kənd göz oxşayır, bu gözəllik sözün əsl mənasında düşmən bağrı çatladır. Şuşa məscidinin bənzəri olan məscid isə Şuşaya olan həsrətimizi daha da çoxaltı, eyni zamanda ümidimizi də artırdı.

24 il doğma kəndində ailəsi ilə tək yaşayan, 2017-ci ildə Prezident İlham Əliyevin doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdiyi Oqtay Həziyevlə görüşdük. Daha sonra Cocuq Mərcanılya qayıtdıqdan sonra o torpaqlarda doğulan ilk körpəni ziyarət etdik. Bu qələbənin şərəfinə Uğur adlandırıblar bu gözəl balanı.


Kateqoriya: Xəbərlər