DİQQƏT! DİQQƏT! 📝📝📝
KOMPLEKSİMİZİN 1-Cİ SİNFİNƏ QƏBUL DAVAM EDİR!

Kompleksimizdə dərslərin yüksək elmi biliyə, bacarığa və təcrübəyə malik müəllimlər tərəfindən tədrisi, şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi və ən son texnoloji avadanlıqlarla təchiz edilmiş sinif otaqlarında keyfiyyətli təhsil mühitinin yaradılması ilə yanaşı, həmçinin şagirdlərimiz:
• Dərsliklər;
• Ən uyğun rasion əsasında müəyyən edilmiş keyfiyyətli və geniş çeşidli nahar;
• Kompleksin Brend Book-una uyğun məktəbli forması;
• Əlavə təhsil (ingilis dili, rus dili, kompüter bacarıqları və s.) xidmətləri;
• Dərsdənkənar məşğələ və dərnəklər (rəqs, şahmat, musiqi, taekwando və s.)
• Avtobus xidməti (5-40 km məsafədən gələn şagirdlərimiz üçün) ilə təmin olunur.
Sənəd qəbulu şənbə və bazar günləri istisna olmaqla, həftə ərzində saat 08:00-dan 17:00-a qədər davam edəcək.
Tələb olunan sənədlər:
• Valideynin ərizəsi (Sənəd qəbulu komissiyasında doldurulur);
• Şagirdin doğum haqqında şəhadətnaməsinin, yaxud şəxsiyyət vəsiqəsinin surəti (əsli təqdim olunmaqla);
• Yaşayış yerindən arayış;
• Sağlamlıq haqqında arayış;
• İki ədəd yeni çəkilmiş 3×4 sm ölçülü fotoşəkil;
• Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti;
• Valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti.
Qəbul müsahibə yolu ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin Məktəbəqədər və İbtidai təhsil bölməsində həyata keçiriləcək.
Müsahibədə şagirdlərə ümumi dünyagörüşü, ətraf aləmlə tanışlıq, məntiq, eləcə də Azərbaycan dili və riyaziyyat fənlərindən suallar verilir.
Keyfiyyətli təhsil parlaq gələcək üçün qapılar açır! Biz sizə keyfiyyətli təhsil vəd edirik!

Suallarınız üçün bizə müraciət edin:
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin Məktəbəqədər və İbtidai təhsil bölməsi
BİZ MÜBARİZ GƏNCLƏR YETİŞDİRİRİK! …
Ünvan: Biləsuvar rayonu, Mübariz İbrahimov küç., 199 🏫

Telefon: (+994 55) 295 15 63 
Mobil:
(+994 55) 220 52 05 📲
(+994 55) 750 36 39 📲
Facebook: Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksi


Kateqoriya: Elanlar