Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin 2020/2021 ci tədris ilində 36 şagirdi XI sinif üzrə məzun olmuşdur. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil pilləsinə qəbul üzrə keçirilmiş buraxılış və blok imtahanlarında Kompleksin I qrup üzrə 12 nəfər, II qrup üzrə 3 nəfər, III qrup üzrə 10 nəfər, IV qrup üzrə isə 11 nəfər məzunu iştirak etmişdir.

Məlumat üçün bildiririk ki, imtahanlarda iştirak etmiş məzunlarımız ali təhsil pilləsinə qəbul üzrə 100% nəticə əldə edərək hamısı müvəffəqiyyətlə ali məktəblərə daxil olmuşdur. Kompleksimizin həyatında ilk dəfə olaraq iki şagirdimiz xarici universitetlərdə təhsil almaq hüququ əldə etmişdir. Belə ki, Kazımlı Nicat Warsaw University of Technology, Cəfərli Rövşən isə Çukurova Universitetində təhsil almaq imkanı qazanmışdır. Şagirdlərimizdən Quluzadə Sənan Azərbaycan və Fransa dövlətlərinin birgə təşəbbüsü ilə təsis edilmiş Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbul olmuşdur. Digər bütün şagirdlərimiz respublikanın aparıcı ali təhsil müəssisələrinə (Bakı Ali Neft Məktəbi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti) daxil olmuşdur.


Kateqoriya: Ali məktəblərə qəbul , Xəbərlər , Elanlar , Nailiyyətlərimiz , Kompleksdə Həyat