1 avqust tarixində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin 2021/2022-ci tədris ili üzrə məzunlarının bir qisminə “Tam Orta Təhsil Haqqında Attestat”ları təqdim olundu. Attestatları təqdim edən Kompleksin icraçı direktoru Aqşin Bağırov məzunlara uğurlar arzu etdi. Nəzərinizə çatdıraq ki, məzunlardan bir neçəsi “Fərqlənmə Attestatı”na, bir nəfər “Qızıl Attestat”a və “Qızıl Medal”a layiq görülmüşdür.


Kateqoriya: Ali məktəblərə qəbul , Xəbərlər , Kompleksdə Həyat