Kompleksimizin möhtəşəm uğuru-629 orta bal!
Bu ilki qəbul imtahanlarının yeni təhsil sistemi-kurikulum əsasında keçirilməsinə baxmayaraq, Kompleksimiz yenə də 1-ciliyini əlində saxlayır. 14 şagirdimiz 640 baldan yuxarı, 12 şagirdimiz 600 baldan yuxarı, 5 şagirdimiz 500 baldan yuxarı nəticə göstərərək möhtəşəm uğura imza atıblar.
Bu uğurun əldə olunmasında misilsiz əməyi və zəhməti olan müəllimlərimizə təşəkkürümüzü bildirir, qazanılacaq uğuru özünə amal edən, bu amal uğrunda gecə-gündüz çalışan şagirdlərimizlə fəxr edirik.
Yaxşı başlanğıc uğurun yarısıdır deyiblər. Əgər o başlanğıc Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində olubsa sonda belə uğurun qazanılacağı məlum idi. Təbriklər Doğma Məkan!


Kateqoriya: Ali məktəblərə qəbul , Xəbərlər , Elanlar , Nailiyyətlərimiz , Şagird qəbulu , Kompleksdə Həyat