Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinə yeni icraçı direktor təyin edildi. Biləsuvar Rayon Təhsil Şöbəsinin sabiq müdiri Bağırov Aqşin Xudaməli oğlu icraçı direktor kimi Kompleks heyətinə təqdim olundu.
Yeni icraçı direktor Kompleksin gələcəyə doğru yüksək inkişaf tempinin, bu vektordakı müsbət istiqamətin davamlılığını təmin etməyin qarşıda duran ən vacib məqsəd və təhsil, təlim- tərbiyə sahəsində sadalanan istiqamətlər üzrə müvafiq işlərin görülməsinin prioritet məsələ olduğunu qeyd edərək qarşıya qoyulan vəzifələrin həlli üçün əlindən gələni edəcəyinə söz verdi.
Aqşin Bağırova yeni vəzifəsində uğurlar diləyirik!
Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat