🔹06.04.2024-cü il tarixində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Lənkəran-Astara və Şirvan-Salyan Regional Təhsil İdarələrinin nəzdində fəaliyyət göstərən Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı, Astara rayon məktəblərinin ingilis və fransız dili müəllimlərinin iştirak etdiyi, Azərbaycan Dillər Universitetinin məzunlarının profesionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi 1-ci regional konfransı baş tutdu.

🔹Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət Hacıyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsi Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov, Şirvan-Salyan Regional Təhsil İdarəsi Tədrisin keyfiyyəti sektorunun müdiri Vüqar Dadaşov və Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icarçı direktoru Aqşin Bağırov çıxış ediblər.

🔹Nəzərinizə çatdıraq ki, bu gün baş tutan tədbirdə Azərbaycan Dillər Universitetinin Kompleksimizdə bir ay müddətində istehsalat təcrübəsində olan 4-cü kurs tələbələri də təşəkkürnamə ilə təltif olunaraq təcrübələrini sonlandırdlar.👏

#BiləsuvarMübarizTəhsilKompleksi

#BiləsuvarRayonİcraHakimiyyəti

#AzərbaycanDillərUniversiteti


Kateqoriya: Xəbərlər