We have eyes to see the world and we have hands to change it.
Bu şuarla artıq Kompleksimizin uşaqları LEGO Education WeDo proqramı ilə tanış oldular.
LEGO Education WeDo şagirdlərə bir robotun toplanması və kompüter proqramları vasitəsilə sadə LEGO modelləri (dizaynlar ) təqdim etmək imkanı verir. Uşağın öz təcrübəsindən öyrənməsi üçün əla fürsət yaradır. Öyrənmə, uşaqda maraq doğuran bir məhsul yaratma prosesində, iştirak etdiyi zaman xüsusilə uğurlu olur.
Bu konstruktorla işləmək, parlaq “ağıllı” oyuncaqlar yaratmaq, onları “zəka” ilə təmin etmək, kompüterdə proqramlaşdırmanın əsas prinsiplərini öyrənmək – uşaqlarda böyük maraq yaradır. Şagirdlərimiz mühərrik və sensorlarla necə işləməyi öyrənirlər. Bu, onları “real” dizayn mühəndisi kimi özlərini hiss etmək, hərəkətli maşınlar və mexanizmlər yaratmaq imkanı verir. Elektrik mühərriklərınin və pnevmatik aparatların iş prinsipini, bununla yanaşı fizikanın əsaslarını öyrənmək imkanı yaradır.

 


Kateqoriya: Xəbərlər , MIT-tadbirlar