Vətən müharibəsi zamanı xalqımız bir yumruq kimi birləşərək Azərbaycan əsgərinə dayaq oldu. Biz də Mübariz liseyi olaraq onlara hər cür dəstək göstərdik və hər zaman göstərməyə davam edəcəyik. Öncədən də qeyd etdiyimiz kimi liseyimiz nəqliyyat vasitələrini ön cəbhəyə göndərərək əsgərlərimizin xidmətinə vermişdir. Avtobuslardan biri xidmət əsnasında yararsız hala düşmüş, digərləri isə Dövlət Sərhəd Xidmətinin ixtiyarına verilmişdir. Hal-hazırda liseyə gətirilmiş, yararsız vəziyyətdə olan avtobus şanlı Vətən müharibəsinin izlərini öz üzərində daşıyır.


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat