MƏZUNUMUZU TANIYAQ!

Qəfərli Namiq – 2001/2010-cu illərdə Nemət Soltanov adına Dərvişli kənd tam orta məktəbində təhsil almış, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin ilk buraxılış sinifinə qəbul olmuş, 2012-ci ildə 650 bal toplayaraq Qafqaz Universitetində Sənayenin təşkili və idarə olunması ixtisası üzrə bakalavr təhsili almışdır. 2017-ci ildə Bakı Mühəndislik Universitetini həmin ixtisas üzrə bitirmişdir. 2020-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin Akademiyasında Dünya iqtisadiyyatı (gömrük işi) ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. 2021-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən ixtisas attestatı imtahanında 1-ci yerə çıxaraq ölkə üzrə ən yüksək nəticəni əldə etmişdir. 2021-2022-ci illərdə My Broker şirkətində bəyannaməçi, 2022-2023-cü illərdə MB Broker şirkətində Aparıcı Bəyannaməçi olaraq işləmişdir.

Qəfərli Namiq 2022-ci ildə Dövlət Gömrük Komitəsin tərəfindən keçirilən xidmətə qəbul imtahanında yüksək nəticə əldə etmişdir. Hazırda Dövlət Gömrük Komitəsini Tovuz Gömrük İdarəsinin Qırmızı-Körpü gömrük postunda inspektor vəzifəsində işləyir.

#BiləsuvarMübarizTəhsilKompleksi

#QəfərliNamiq


Kateqoriya: Xəbərlər