MƏZUNUMUZU TANIYAQ!🎓👩‍🎓

Yeganə Bayramova – 2010/2014-ci illərdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində təhsil almışdır.

🔹2014-cü ildə 647 balla Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə qəbul olmuşdur.

🔹2021-ci ildə Respublika Diaqnostika Mərkəzi Böyrək xəstəlikləri və Transplatologiya şöbəsində rezident həkim kimi fəaliyyətə başlayıb.

Yeganə Bayramova 2023-cü ildə İzmir Ege Universiteti xəstəxanasında “Nefroloji ana bilim dalı” üzrə ixtisas artırma kursunda olmuşdur.

🔹2022-ci ildən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik klinikasının Nefrologiya şöbəsində rezident həkim kimi fəaliyyət göstərir .


Kateqoriya: Xəbərlər