Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Azərbaycan Respublikasının Mərkəsi Bankının dəstəyi ilə Maliyyə savadlılığı mövzusunda onlayn imtahan təşkil olundu.
Mərkəzi Bankın Virtual Təhsil Platformasında qeydiyyatdan keçərək “ Uşaqlar və pullar” və ya “Bankçılıq və rəqəmsal ödənişlər” kurslarını götürmüş şagirdlər üçün 13.05.2024-cü il tarixində Biləsuvar Təhsil Kompleksində təhsil alan şagirdlər üçün imtahan təşkil olundu.
Ümumilikdə imtahanda 47 şagird iştirak etmiş, onlardan 50% və artıq nəticə göstərən 40 şagirddən 25 nəfəri 70%-dən yüksək bal toplayaraq sertifikat əldə etmişdir.
#BiləsuvarMübarizTəhsilKompleksi
Kateqoriya: Xəbərlər