🎓🎓🎓Gövhər Ağazadə – 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin ilk buraxılış sinfinə qəbul olmuşdur. 2012-ci ildə 576 balla qəbul olduğu Bakı Dövlət Universitetinin Dünya İqtisadiyyatı ixtisası üzrə 2016-cı ildə məzun olmuş, elə həmin ildə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə magistr pilləsində təhsil almağa başlamışdır. Govhar Aghazada 2019-cu ildən BP (British Petroleum) şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə nümayəndəliyinin, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşıdır. 2022-ci ildən etibarən İrəli İctimai Birliyinin İdarə Heyətinin üzvüdür. Hal-hazırda Birləşmiş Ştatlar hökümətinin Fulbrayt proqramı çərçivəsində Arkanzas Universitetində Elmi-Tədqiqat Səfər Proqramı üzrə təhsil alır. 👩‍🎓

#GovharAghazada

#BiləsuvarMübarizTəhsilKompleksi


Kateqoriya: Xəbərlər