Mirzə İsmayıl 2014-cü ildə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksindən məzun olmuşdur.
2014-2020-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil almışdır.
2020-ci ildən tibb xidməti leytenantı rütbəsində hərbi hissənin tibb məntəqə rəisi vəzifəsində xidmətə başlamışdır.
2020-ci ildə İkinci Qarabağ müharibəsində “Dəmir Yumruq” əməliyyatının iştirakçısı olub.
2021-2022-ci illərdə NATO və BQXK -nin təlimlərində, 2023-cü il Azərbaycanın Müdafiə Nazirliyinin Antiterror əməliyyatında iştirak edib.
Hal-hazırda tibb xidməti baş leytenantı rütbəsində Hərbi Hava Qüvvələrində hərbi hissənin tibb xidməti rəisi vəzifəsində xidmət edir.
Kateqoriya: Xəbərlər