Rüfət Əsədzadə – 2012-ci ildə Mübariz İbrahimov adına Biləsuvar Bağça – Məktəb – Lisey Kompleksinin məzunu olmuşdur. Bakalavr təhsilini Bakı Mühəndislik Universitetində Kimya müəllimliyi üzrə, magistr təhsilini AMEA–nın Neft – Kimya Prosesləri İnstitutunda Nanomateriallar kimyası üzrə bitirmişdir.

2018-2023-cü illərdə Bakı Oksford məktəbində kimya və təbiət fənlərini tədris etmiş, 2021-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi olaraq fəaliyyət göstərmişdir. Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Finlandiya, Macarıstan, Türkiyə və Ukraynada təhsil ilə bağlı müxtəlif təlim və proqramların məzunu olmuşdur. 2022-ci ildən Elm və Təhsil Nazirliyində Akkreditasiya Şurasının, 2023-cü ildən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvüdür. Hazırda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin sədridir.


Kateqoriya: Xəbərlər