👨‍🎓Nəcəf Əliyev 2014-2018-ci illərdə Azərbaycan Dillər Universitetinin Koreya-Azərbaycan-Ingilis dilləri üzrə Tərcümə fakültəsində təhsil alıb.

🔹2015-2016 -cı illərdə Koreyanın Xarici Dillər Universitetində Koreyaşünaslıq və Beynəlxalq münasibətlər ixtisası üzrə universitetlərarası mübadilə proqramı vasitəsilə təhsilini davam etdirib.

🔹2018-2020-ci illərdə Bakı Mühəndislik Universiteti Biznesin Təşkili və İdarə edilməsi (Maliyyə-Ingilis Sektoru) ixtisası üzrə magistr təhsili aldıqdan sonra 2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Daxili Fiskal Siyasət və Dövlət Maliyyəsi üzrə doktorantura proqramına qəbul olunub. Hal-hazırda 2 Koreya universitetindən Data Analitika üzrə birləşmiş magistr-doktorant proqramı üzrə qəbul alıb.

🔹Məzunumuzun iş həyatı da olduqca parlaqdır. Nəcəf Əliyev 2017-2018 ci – illərdə Samsun Engineering Şirkətinin EPC kontraktoru olduğu SOCAR Amonia Urea Complex layihəsində layihə koordinatoru vəzifəsində çalışıb.

🔹2018-2020 illərdə əsasən frilans olaraq müxtəlif dövlət və özəl qurumlarda ingilis, koreya dillərində sinxron, ardıcıl tərcümə ,tur bələdçiliyi və Azərbaycanda çəkiliş edən Koreya televiziyaları üçün layihə koordinatorluğu vəzifəsini icra edib.

🔹2020-2022-ci illərdə Koreyanın ZinoGlobal şirkətinin Beynəlxalq Ticarət əlaqələri üzrə mütəxəssisi olub.

🔹2022-2023 ci illərdə Azərbaycanın ilk ödənişli yol layihəsinə texnologiya təminatını həyata keçirən Koreyanın Straffic şirkətinin layihə menecerlərindən biri olub.

🔹Hal-hazırda 2018-ci ildən bəri davam etdiyi Koreyada təhsil almaq istəyənlər üçün konsultantlıq xidmətini göstərir. İndiyə kimi 50-yə yaxın tələbənin Koreyada təqaüdlü, təqaüdsüz bakalavr ,magistr doktorantura pillələri üzrə təhsil almalarına kömək edib.


Kateqoriya: Xəbərlər