Azərbaycan Respublikasının Milli Məclisinin Biləsuvar rayonu üzrə VI çağırış millət vəkili, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Bəhruz Məhərrəmov 12 noyabr-Konstitusiya Günü ilə əlaqədar olaraq Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində oldu. Millət vəkili şagirdlərlə görüşdü və STEAM mərkəzində qısa dərs nümunəsi təqdim etdi. Şagirdlərin böyük maraq və diqqət göstərdiyi dərs çərçivəsində deputat müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının tarixindən, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratmasından və onun inkişafına güclü təkan verməsindən, müasir dövlət quruculuğundakı rolu və əhəmiyyətindən bəhs etdi.


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat