33 il öncə, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqı azadlıq səsini ucaldaraq, imperiyaya  qarşı hamılıqla ayağa qalxdı və bu onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş  etdirdi. Bu gün ölkəmizdə  Milli Dirçəliş Günü qeyd edilir. Bu gün xalqımız dirçəlmənin, birliyin, bərabərliyin nümayişi gününü qeyd edir. Milli Dirçəliş Günün mübarək, Azərbaycan!


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat