👏

2023/2024-cü tədris ili üzrə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində təhsil alan bütün məzunlarımız 100 faizlik nəticə göstərərək tələbə adını qazanıb.

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin 2023/2024-cü tədris ili çərçivəsində 34 şagirdi XI sinif üzrə məzun olub.

Məzunlarımız ali məktəblərə 100% qəbul nəticəsini əldə edərək çox böyük uğura imza ataraq Milli Qəhrəmanın adını daşıyan Təhsil Kompleksinin ənənəsini davam etdiriblər.

Nəzərinizə çatıdıraq ki, Kompleks yarandığı gündən bu günə kimi 319 məzunu olub və onların hər biri ali məktəblərə qəbul olmaqla ənənmizə sadiq qalıb.

Hər bir məzunumuzun bu uğuru bizi qürurlandırır və gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlarına inanırıq. Onlar bu müstəsna nəticə ilə təhsildəki mükəmməlliyin bariz nümunəsini göstərdilər. Onların ali təhsildə də yüksək zirvələrə çatacaqlarına əminik!

Məzunlarımızı ürəkdən təbrik edirik. Gələcək həyatlarında onlara yalnız uğurlar arzulayırıq!👏


Kateqoriya: Xəbərlər , Nailiyyətlərimiz