Bizdə Məktəbəqədər təhsillə yanaşı İbtidai təhsil pilləsi də fəaliyyət göstərir. İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq, yazmaq və hesablama qabiliyyəti yaratmaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətləri formalaşdırmaqdan ibarətdir. İbtidai təhsilin müddəti hər ölkədə fərqlənir. Məsələn Rusiyada 4 il, Fransada 5 il, Meksika və Yaponiyada isə 6 ildir. Bizdə də 4 illik ibtidai təhsildir.
İbtidai siniflər üzrə tədris dövlət təhsil standartları əsasında milli kurikulum tətbiqi ilə həyata keçirilir. İbtidai təhsil proqramı üzrə kurikulum çərçivəsi şagirdlərə dərslərin və təcrübələrin planlaşdırılmasında istiqamət verir. 1-2-ci sinifləri əhatə edən ibtidai təhsil pilləsi üzrə şagirdlərə hər gün ibtidai təhsil üzrə təlim keçmiş sinif rəhbəri tərəfindən əsas fənlər (riyaziyyat, həyat bilgisi, dil) öyrədilir. Fənn həftələri təşkil olunur. Bilik yarışları və sərgilər keçirilir. Şagirdlərə fərdi yanaşmanın tətbiq olunması, onların potensiallarını maksimum istifadə edilməsinə imkan verir.