Bağçamızda təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunmuşdur. Uşaqlar yalnız valideynlərə və yaxud onların əvvəlcədən bildirdiyi insanlara təhvil verilir. Bundan baıqa bağçada təhlukəsiz öyrənmə mühiti yaradılıb. Tədris otaqları təhlükəsizlik qaydaları nəzərə alınaraq təchiz olunmuşdur, bütün otaqlara kameralar quraşdırılıb. Bölməmizdə üç mühafizə işləyir. Gün ərzində həm otaqlara, həm uşaqların təhlükəsizliyinə nəzarət edirlər. Bunla yanaşı uşaqlara təhlükə və çətinliklərə hazırlıq keçilir, məişətdə ehtiyatlı olma qaydaları tədris olunur. Ekstremal vəziyyətdə və təhlükəli situasiyalarda neçə hərəkət etmək haqqında ilkin təsəvvürlər formalaşdırır. Yanğın zamanı neçə davranmalı olduqları öyrədilir.