Uşaq Bağçasında uşaqların sağlamlığına xüsusi fikir verilir. Hər gün bütün uşaqlar bağçanın tibb bacısı tərəfindən profilaktik baxışdan keçirilir. Yoxlama zamanı uşağın səhhətində neqativ hal aşkarlanarsa, dərhal valideynə xəbər verilir və ilkin tədbirlər görülür. Hər gün yoxlama: temperatur, boğaz, pedukulyoz və dəri üzrə aparılır. Bağçada sanitar-gigiyena qaydalarına uyğun olaraq gündəlik təmizlənmə və aylıq sanitar epidomoloji vəziyyətin stabil saxlanılması üçün dezinfeksiya işləri həyata keçirilir. Uşaqların sağlamlığını qorumaq üçün ən vacib olan aşağıdakı gigiyenik tədbirlər təmin olunur: uşaqların gözlərinin mühafizəsi üçün bütün otaqlarda gigiyena normalarına uyğun təbii və süni işıqlanma, otaqların havasının dəyişidirilməsi. Uşaqların sağlamlığının möhkəmləndirilməsi, orqanizmin müqavimət qabiliyyətinin yüksəldilməsi və onların fiziki inkişafını təmin etmək üçün fiziki mədəniyyət məşğələləri təşkil olunur. Uşaqlara öz  təmizlik və sağlamlıqlarını qorumaları üçün şəxsi mədəni gigiyena qaydaları  da öyrədilir. Mütəmadi olaraq digər tibbi yoxlamalar da təşkil olunur.