♦ Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi öncəki illərin ənənəsinə sadiq qalaraq 2023-2024-cü tədris ilində də uğurlu fəaliyyətini davam etdirmiş və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanında yüksək təlim nailiyyətləri əldə etmişdir.

♦ Belə ki, imtahanda iştirak edən Kompleks şagirdlərinin yekun təlim nəticələri ümumi orta faiz üzrə 79%, ümumi orta bal üzrə isə 236 bal olmuşdur. İmtahanda iştirak edən şagirdlərimizin 83% -i isə 200 baldan yuxarı nəticə göstərmişdir.

♦ Kompleks olaraq imtahanda yüksək nəticə əldə etmiş şagirdləri və bu nəticələrin əldə edilməsində əvəzsiz rolu olan müəllimləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.👏👏👏


Kateqoriya: Xəbərlər , Nailiyyətlərimiz