16-17 mart 2022-ci il tarixində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçirildi. IV-VIII siniflər arasında monitorinq məqsədli, IX-XI siniflər arasında isə həm buraxılış, həm də blok fənləri üzrə imtahanlar təşkil olundu. İmtahan IV siniflərdə birmərhələli, V-XI siniflər üzrə isə ikimərhələli şəkildə aparıldı. 11:00-da başlayan imtahanlar 3 saat davam etdi. Qeyd edək ki, imtahanlarda lisey şagirdləri ilə yanaşı, Kompleksdə təhsil almaq üçün qeydiyyatdan keçmiş şagirdlər də iştirak etdilər. İmtahanların nəticələri Kompleksin rəsmi facebook səhifəsində paylaşılacaq. İmtahanda iştirak etmiş bütün şagirdlərə uğurlar arzulayırıq.
Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat