Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Qəhrəmanımız 1988-ci il 7 fevral tarixində Biləsuvar rayonun Əliabad kəndində dünyaya göz açmışdır. Qəhrəmanın valideynlərini, bütün azərbaycan xalqını əbədi yaşar Qəhrəmanın döğum günü münasibətilə təbrik edirik!
Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan təhsil ocağımızda bu gün hər il olduğu kimi kompleksimizə yeni qəbul olunan (2019-2020 tədris ili üçün) şagirdlərin andiçmə mərasimi keçildi. Daha sonra Milli Qəhrəmanın ev muzeyi ziyarət olundu. Ardından kompleksimizdə Milli Qəhrəmanın əziz xatirəsini anmaq üçün silsilə tədbirlərimiz davam etdi.


Kateqoriya: Xəbərlər , Nailiyyətlərimiz , Kompleksdə Həyat , Tədbirlər