Kompleksimiz şagirdlərimizin 60%-in uzaq məsafədə yaşadığını nəzərə alaraq onların nəqliyyatla təmin olunmasına xüsusi diqqət ayırır. Belə ki, şagirdlərin həftəiçi dərsə gətirilib və geri aparılması üçün 5 avtobus fəaliyyət göstərir. Valideyn himayəsindən məhrum olmuş və valideynini itirmiş şagirdlər nəqliyyat ödənişindən azad edilirilər.

Nəqliyyat sistemi 3 fərqli istiqamətdə (Göytəpə, Cəlilabad və Səmədabad) fəaliyyət göstərir. Nəqliyyat xidmətimiz şagirdlərimizin akademik fəaliyyətdə olduğu qədər sosial proqramlar çərçivəsində təşkil olunan gəzintilər və ekskursiyalarda iştirakını da təmin edir.