Biləsuvar Rayon İcra Hakimiyyətinin təklifi ilə Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksi  “Palıd necə böyüdü“  layihəsinə start verdi. Ağacların bəşər üçün çox dəyərli olduğunun fərqində olan şagirdlərimiz böyük həvəslə qoşulduqları bu layihə çərçivəsində becərdikəri palıd fidanlarını payız aylarında təbiətə bağışlayacaqlar. “ Bir ağac ək, gələcəyə nəfəs bağışla! “ şüarı bu layihədə şagirdlərimizə stimul bəxş edən əsas qüvvə olacaq.


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat , Layihələr