19 aprel 2021-ci il tarixindən start götürmüş “Palıd necə böyüdü” adlı layihəmiz öz bəhrəsini verməkdədir. Payızda sevimli şagirdlərimizin yüzlərlə palıd fidanlarını torpağın qoynuna köçürməklə rayonumuzda gözəl bir palıd meşəsi yaratmasını səbirsizliklə gözləyirik.

Rayon İcra Hakimiyyətinin başçısı, çox dəyərli Faiq müəllimə məhz bizə-Mübariz Liseyinə belə nəcib təkliflə müraciət etdiyinə görə dərin təşəkkürümüzü bildiririk. Onu da görürük ki, bu layihə rayonda böyük vüsətlə yayılmağa başlamış, müxtəlif təşkilatlar, gənclərimiz çox həvəslə bu təşəbbüsə dəstək verirlər. Çox sevinirik ki, Liseyimizdə formalaşmış gənclər bu hərəkata daha böyük həvəslə qoşulmuşdur. Çünki hamımız bilirik ki, sonda qazanan ana təbiətdir.

Layihənin davamçılarına uğurlar arzulayır və bildirmək istəyirik ki, qarşıda onları hələ çox layihələrlə sevindirəcəyik.


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat , Layihələr