Maska, məsafə saxlamaq və gigiyenik təmizlik qaydalarına riayət etmək COVİD-19 xəstəliyinin qarşısını almaq üçün çox vacibdir. Lakin xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil. Peyvəndlər xəstəliyin qarşısını alır, gedişatının yüngülləşməsinə şərait yaradır. COVİD-19 peyvəndi həm bizi, həm də başqalarını bu xəstəlikdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Bu səbəblə özümüzü, yaxınlarımızı və cəmiyyətimizi qorumaq üçün peyvənd olunmaq lazımdır. Peyvəndin insan bədənində yaratdığı müdafiə sistemi və COVİD-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə , qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır. Biz bütün vətəndaşlarımızı peyvənd olunmağa, bu xəstəliyə qarşı birlikdə mübarizə aparmağa səsləyirik.


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat