Kompleksimiz “İnformatika” fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihəyə 120 nəfər V-VI sinif şagirdimiz cəlb olunub. Onlara ixtisasartırma təlimlərinə cəlb olunmuş 2 informatika müəllimi tərəfindən dərs keçiriləcək.Layihə informatika fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsini, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasını nəzərdə tutur.
Kateqoriya: Xəbərlər , Elanlar , Kompleksdə Həyat