Uzun çəkən hazırlıqlar nəticəsində nəhayət ki, bu gün Kompleksin Teatr dərnəyinin üzvləri olan 7-8-ci sinif şagirdləri, Uilyam Şekspirin 1591-1592-ci ildə yazdığı məşhur faciəvi romanı “Romeo və Cülyetta”-nı səhnələşdirdilər. Şagirdlərin böyük məharət nümayiş etdirdiyi tamaşanı hər kəs heyranlıqla izlədi. Tamaşaçılar bu azyaşlı aktor heyəti və onların dərnək rəhbəri Şəlalə Əsədovanı təbrik etdi. Biz bu komandaya uğurlar arzu edir, gələcəkdə bu cür möhtəşəm işlərin davamını görməyi arzulayırıq!


Kateqoriya: Kompleksdə Həyat , Tədbirlər