Qarşılıqlı əməkdaşlığa dair memorandum əsasında “Sabahın alimləri” Respublika müsabiqəsinə hazırlanan layihələr üzrə İnstitutun alimləri tərəfindən elmi dəstəyin göstərilməsi məqsədi ilə keçirilən görüşdə Kompleksin Fizika kafedrasının rəhbəri Siyasət İsayev, Kimya müəllimi Şahmar Bayramov və şagirdləri iştirak edib.

Görüşdə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev İnstitutun tarixi, strukturu, əməkdaşlıq əlaqələri və əldə etdiyi nailiyyətlər haqqında müəllim və şagirdlərə məlumat verib.

Sonra Kompleksin heyəti Namiq Heydərovun təqdimatında “İnnovativ Tədqiqatlar” qrupunun fəaliyyəti və laboratoriya ilə tanış olublar.

#BiləsuvarMübarizTəhsilKompleksi

#RadiasiyaProblemləriİnstitutunda

#SabahınAlimləri


Kateqoriya: Xəbərlər