İdman ümumbəşər mədəniyyətinin tərkib hissəsidir və onun başlıca məqsədi şagirdlərin (əhalinin) sağlamlığını, gümrahlığını qorumaqdır. Bədən tərbiyəsi və ya fiziki tərbiyə dedikdə biz hərəki bacarıqların, fiziki keyfiyyətlərin, vərdişlərin formalaşdırılmasını başa düşürük. Fiziki tərbiyə prosesi bütövlükdə sağlamlığın, orqanizmin möhkəmləndirilməsi və ömrün uzadılmasına yönəldilmişdir. Bu prosesdə fiziki tərbiyə müəllimlərinin məsuliyyəti çox böyükdür. Fiziki tərbiyə müəllimləri bu işin öhdəsindən gəlmək üçün tədris prosesində müxtəlif üsul və metodlardan istifadə edirlər. Çünki heç bir metod yeganə və əsas sayıla bilməz. Dərs prosesində müəllim əvvəlcə tapşırığı sözlə başa salmalı, sonra əyani göstərməlidir. Söz metodunda müəllim şagirdlərə tapşırığı başa saldıqdan sonra hərəkətin təsvirini verir. Bu metodla müəllim şagirdlə elə ünsiyyət qurmalı, elə sadə və səlis dildə danışmalıdır ki, verilən tapşırıq barədə aydın təsəvvür yaransın. Söz metodunda şagirdlə müəllim arasında müsahibə yaranır. Müsahibə fəallığın, öz fikrini izah etmək bacarığının inkişafına kömək edir. Əmr metodu bədən tərbiyəsində əsas və geniş yayılmış metoddur. Əmr hərəkətin icrası, onun bitməsi və tempinin dəyişməsi zamanı işlədilir. Sıra hərəkətləri hərbdə (sıra hazırlığı) olduğu kimi olur. Əyani mənimsəmə metodu hərəkətlərin görmə və eşidilməsini təmin edir. Hərəkətin müəllim və yaxud şagird tərəfindən göstərilməsi metodundan daha çox istifadə olunur. Bu metodla şagird hərəkəti daha tez mənimsəyir. Bu hərəkətlərin bacarıq və vərdişə çevrilməsi üçün çox təkrar etmək lazımdır. Bu işdə hərəkətlərin məşq etdirilməsi mühüm rol oynayır. Bu xüsusiyyət, ilk növbədə, icrası risk tələb edən hərəki fəaliyyəti yerinə yetirərkən formalaşa bilər və s. Göründüyü kimi, iradi xüsusiyyətlərin formalaşması mexanizminin əsasında onların şagird tərəfindən “fiziki cəhətdən hiss edilməsi, yaşanması” durur.