Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində mühafizə xidməti 24 saatlıq iş rejimi ilə 6 personaldan təşkil olunmuşdur. Kompleksdə şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə 43 müşahidə kamerası və DİN Biləsuvar RPŞ-ə bağlanmış həyəcan siqnalı quraşdırılmışdır. Sistem müşahidə kameralarının görüntülərini uzun müddət yaddaşda saxlaya bilir. Bu da istənilən neqativ halları araşdırmağa imkan verir.

Həmçinin kompleksin binası müasir standartlara cavab verən, yanğın əleyhinə sistemlə təmin olunmuşdur. Sistem nəinki tüstü və yanğına, həmçinin kəksin qoxuya da reaksiya verir. Kompleksin binasında yanğın qutuları quraşdırılmışdır. Qutular yüksək təzyiqli su xətti və yanğın balonları ilə təchiz olunmuşdur.