Kompleksin tibb məntəqəsi 06 dekabr 2011-ci il tarixdən fəaliyyət göstərməyə başlamışdır.
Kompleksdə 10 yaşdan 16 yaşadək uşaqlar təhsil alır. Burada hər bir şagirdə şəxsi tibb kart tərtib edilmiş və onların sağlamlığı barədə müvafiq qeydlər aparılır.
Tibb məntəqəsində lazımi dərmanlar, sarğı materialları, tonometr, termometrlər vardır.
Tibb məntəqəsi üçün soyuducu, kompüter, dərmanlar üçün şkaf, tərəzi, boy ölçən, su təchizatı və havalandırma sistemi qurulmuşdur.
Tibb məntəqəsində aşağıda göstərilən işlər və müşahidələri həyata keçirir:
- şagirdlərə və Kompleks personalına ilkin təcilli tibbi yardım xidmətinin göstərilməsi
- gündəlik şagirdlərin xarici görünüşünə, gigiyenik vəziyyətinə və sağlamlığına nəzarət
- şagirdlərin dərsə davamiyyətinə nəzarət
- il ərzində sentyabr və aprel aylarında şagirdlərin antropometrik ölçüləri aparılmasının təşkili
- hər il şagirdlərin tibbi müayinəyə aparılmasının təşkili
- tibb məntəqəsinin sənədlərinin doldurulması və qeydiyyatının aparılması
- Kompleksin yeməkxanasının işinə, yeməklərin hazırlanmasına və keyfiyyətinə nəzarət