Türkiyənin tanınmış liseyi Dənizli Erbakır Fen liseyi ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında qarşılıqlı elm və təhsil mübadiləsi aparılması barədə razılıq əldə edilib.Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov və digər heyət üzvləri 27 avqust 2022-ci il tarixində Dənizli şəhərindəki Erbakır Fen liseyində olaraq liseyin rəhbərliyi ilə görüşüblər. Qarşılıqlı fikir mübadiləsi zamanı hər iki liseyin rəhbərliyi qərara alıblar ki, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleski ilə Erbakır Fen liseyi qarşılıqlı münasibətlər quraraq təcrübələrin mübadiləsi, pedoqoji əməkdaşlıq və müxtəlif bilik yarışmalarını təşkil etsinlər. Əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsi üçün müəllimlərin və şagirdlərin qarşılıqlı elm və təhsil mübadiləsi, müxtəlif bilik yarışmaları və digər tədbirlər təşkil edilsin, gələcəkdə pedaqoji kollektivlərin və şagirdlərin qısamüddətli səfərləri təşkil olunsun.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edildi.


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat