🔹28.04.2024-cü il tarixində Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayon məktəblərinin şagirdləri arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə açıq kubok yarışı təşkil olunub.

🔹Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin ev sahibliyi etdiyi yarışda liseyin BoomShakaLaka komandası qaliblər sırasında yer alıb.👏👏👏👏👏

🔹Komandamızı və liseyin İntellektual oyunlar üzrə mütəxəssisi Bəhruz Şabılını bu münasibətlə təbrik edir, uğurlarının davamını diləyirik.✨👏

Qeyd edək ki, yarışdan öncə liseyimizdə qonaq olan şagirdlər Komplekslə tanış olub, ətraflı məlumat əldə ediblər.


Kateqoriya: İntellektual oyunlar , Xəbərlər