Uğur!!!👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

Azərbaycan, Türkiyə və Özbəkistanın təşkilatçılığı ilə hər il təşkil olunan “II Beynəlxalq Avrasiyanın biomüxtəlifliyinin qorunması konfransı” baş tutub.

Konfransda liseyin 11-ci sinif şagirdləri Paşazadə Asi, Əliyeva Nuray və onların elmi rəhbəri Vəfa Xankişiyevanın “Sabahın alimləri-2024” müsabiqəsində II yerə layiq görülmüş “Arılarda nosema xəstəliyinə qarşı təbii efir yağlarından istifadə edilməsi” layihəsi müzakirə olunmuş və təqdir olunmuşdur.

Şagirdlərimizin bu tədqiqat işi “2nd İnternational Conference on Conservation of Eurasian Biodiversity” jurnalında çap olunmuşdur.

Şagirdlərimizi və elmi rəhbərlərini təbrik edir, uğurlarının davamını diləyirik.

#BiləsuvarMübarizTəhsilKompleksi


Kateqoriya: Xəbərlər , Nailiyyətlərimiz , Beynəlxalq uğurlarımız