“Sabahın alimləri” XIII Respublika Müsabiqəsi çərçivəsində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin 8 şagirdi final mərhələsinə vəsiqə qazanmışdır. 👏👏👏

🔶Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Radiasiya Problemləri İnstitututu ilə Kompleksimizin birgə əməkdaşlığı nəticəsində müsabiqənin finalına vəsiqə qazanmış şagirdlərimiz və elmi rəhbərlərini sizlərə təqdim edirik:

Dəmirova Natəvan və Abbaszadə Araz, IX sinif, Biologiya, elmi rəhbər- İbayeva Xuraman

Paşazadə Asi və Əliyeva Nuray, X sinif, Biologiya, elmi rəhbər – Xankişiyeva Vəfa

Əlizadə Elmir və Quliyeva Kəmalə, X sinif, Kimya, elmi rəhbər – Bayramov Şahmar

Babazadə Lamiyyə və Mehdiyev Toğrul, XI sinif, Fizika-astronomiya, elmi rəhbər – İsayev Siyasət

🔶Şagirdlərimizə bu layihədə dəstək olan Mikrobiologiya İnstitutunun baş direktoru , AMEA-nın müxbir üzvü Pənah Muradov, Radiyasiya Problemləri İnstitutunun əməkdaşları-Böyük elmi işçi İbrahim Nuruyev, proqramçı mühəndis Mustafa Kazımov, elektronika mühəndisi Maqsud Nəzərov, laboratoriya müdiri Rəhim Mədətov və qrup rəhbəri Namiq Heydərova, eləcə də Zoologiya İnstitutunun əməkdaşı-aparıcı elmi işçi Rəfiqə Qaziyə təşəkkürümüzü bildiririk.

🔶Şagirdlərimizə və onların elmi rəhbərlərinə final mərhələsində uğurlar arzu edirik!

#BiləsuvarMübarizTəhsilKompleksi

#SabahınAlimləriXIIIRespublikaMüsabiqəsi

#Zoologiyaİnstitutu

#Mikrobiologiyaİnstitutu

#RadiyasiyaProblemləriİnstitutu

#ElmVəTəhsilNazirliyi

#MÜTDA

#ARTİ

#ŞirvanSalyanRTİ

#EduAz


Kateqoriya: Xəbərlər