Bu gün Azərbaycan Respublikası Milli Qəhrəmanı Mübariz İbrahimov adına komleksimizdə adlı həftələrimizdən “Vətənpərvərlik” həftəsinin tədbiri keçirildi. Tədbirdə Dövlət Himninin oxunması və Bayraq haqqında Əsasnamənin səsləndirilməsi ilə açılış edildi. 5-ci siniflərdən ibarət şagird parlamentimiz 9 noyabr Dövlət Bayraq Günü və Milli Qəhrəmanın anım günü ilə bağlı şeirlər, esselər səsləndirdi.
Tədbirin ardından Milli Qəhrəmanımızın anım günü ilə bağlı kompleksimizin müəllim və şagird kollektivi Milli Qəhrəmanın atası ilə görüşüb, ev muzeyini ziyarət etdi.
Allahdan şəhidimizə rəhmət diləyirik.


Kateqoriya: Xəbərlər , Elanlar