Kompleksimizin V sinif şagirdlərinin istirahət vaxtlarını daha da səmərəli keçirilmələrini təmin etmək və dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədi ilə Bakı şəhərinə ekskursiya səfəri təşkil olundu. Belə ki, səfər çərçivəsində şagirdlərimiz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Düyməcik” baletinə tamaşa etdilər, Gənc Tamaşaçılar Teatrında “Qar kraliçası” tamaşasına baxdılar, həmçinin Qız qalası və Şirvanşahlar sarayına səfər etdilər. Şagirdlərimizin vaxtlarını əyləncəli keçirmələrini təmin etdiyi və bu səfəri təşkil etdiyi üçün tyutor Əsmər Mürsəlzadəyə təşəkkür edirik!


Kateqoriya: Xəbərlər , Elanlar , Kompleksdə Həyat